"Ukraynada döyüşlər tezliklə dayandırılmayacaq" - CON KİRBİ

07/01/2023 - 09:38

“Vaşinqton yaxın aylarda Ukraynada hərbi əməliyyatların dayandırılması üçün heç bir perspektiv görmür”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Əminliklə deyə bilərik ki, Rusiyanın yaxın bir neçə ay ərzində əllərini qaldırıb döyüşü dayandıracağını gözləmirik. Onların taktiki planları barədə danışmayacağam, lakin onlar irəliləməkdə davam edirlər və bu, yaxın aylarda da davam edəcək”, - Kirbi bildirib.

Ağ Ev nümayəndəsi qeyd edib ki, bu baxımdan Ukraynaya daha əvvəl elan edilmiş yeni hərbi yardım paketi vacib hesab olunur.

Xatırladaq ki, ABŞ Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayırıb. Onun 225 milyon dolları Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli modernləşdirilməsinə yönəldiləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33