Ukraynanın işğalında iştirak edən komandan istefaya göndərilib – Real vəziyyəti gizlədirmiş...

23/11/2024 - 23:43

Rusiyanın Ukraynanın işğalında iştirak edən “Cənub” qoşunlar qrupunun komandanı general-polkovnik Gennadi Anaşkin tutduğu vəzifədən azad edilib. "AzPolitika" xəbər verir ki, bu barədə Rusiyanın hərbi jurnalistləri məlumat verir. Onlar iddia edirlər ki, səbəb “əsassız itkilər”, habelə “Anaşkinin cəbhədəki həqiqi vəziyyəti yüksək komandanlığa çatdırmaq istəməməsidir. “Rıbar” teleqram kanalı “Cənub” qrupunun komandanlığının dəyişdirilməsi qərarını Severski istiqamətindəki problemlərin, o cümlədən əsassız itkilərin nəticəsi adlandırıb. İddia olunur ki, buna səbəb Severski istiqamətindəki vəziyyət, habelə Anaşkinin həqiqi vəziyyəti yüksək komandanlığa çatdırmaq istəməməsi olub, – hərbi müxbir Yuri Kotenok teleqram kanalında yazıb. Müdafiə Nazirliyi Anaşkinin tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı rəsmi məlumat verməyib.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30