Vasif Talıbovun oğlu atasının istefa qərarına gözləri dolaraq səs verdi - VİDEO

21/12/2022 - 22:31

Naxçıvan Ali Məclisinin bugünkü qəfil növbədənkənar sessiyasında Vasif Talıbovun istefası səsə qoyularkən oğlu Seymur Talıbov ağlayıb.

Qafqaz.media Azpolitika.info-ya istinadən xəbər verir ki, Naxçıvan Televiziyasının sessiyadan hazırladığı qısa reportajda kiçik Talıbovun gözüyaşlı olduğu açıq görünür. Atasının istefa qərarına o da səs verir – tərəddüdlə və gözüyaşlı sol əlini yarıyadək qaldırır və tez də endirir.

Həmin görüntüləri təqdim edirik: