Xatiya Dekanoidze: “Deputatların Saakaşviliyə baş çəkməsini məhdudlaşdırmaq onun tam təcrid olunması deməkdir”

31/12/2022 - 00:29

“Deputatların Mixail Saakaşvilini ziyarət etmək hüququnun məhdudlaşdırılması Saakaşvilinin tam təcrid olunması deməkdir”.

Qafqaz.media xəbər verir ki, bu barədə Milli Hərəkatın üzvü Xatiya Dekanoidze bildirib.

Xatiya Dekanoidze qeyd edib ki, parlamentin spikeri Şalva Papuaşvili çox qanunsuz qərar qəbul edib.

“Əgər söhbət təhlükəsizlik tədbirlərinin pozulmasından və yaxud təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən gedirsə, bu o deməkdir ki, onlar özləri Saakaşvili ilə bağlı təhlükəsizlik standartlarına riayət etmədiklərini etiraf ediblər, toksikoloqun məhkəmə iclasında çox ciddi ifadələrini qəbul ediblər.

Hakimiyyətdən soruşmaq istərdim ki, balaca Aliska Saakaşvili və ya Eduard Saakaşvili hakimiyyət və Mixail Saakaşvili üçün təhlükəlidir? Yaxud biz Mixail Saakaşvilinin silahdaşları və dostları hansı təhlükə yarada bilərik”, - Dekanoidze bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33