Yunanıstanda keçirilən beynəlxalq turizm sərgisində diasporumuz təmsil olunub - FOTOLAR

22/11/2022 - 10:56

Yunanıstanın Saloniki şəhərində keçirilən “37-ci Philoexenia” adlı beynəlxalq turizm sərgisində ölkəmizi "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

Qafqaz.media xəbər verir ki, Cəmiyyətin və Azərbaycan Evinin təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini, turizm potensialını əks etdirən kitablar, broşürlər, suvenirlər, milli geyimlər, musiqi alətləri, Azərbaycan məhsulları və milli mətbəx nümunələri təqdim olunub, ölkəmiz barədə videoçarx nümayiş etdirilib.

Azərbaycan guşəsinə maraq göstərən rəsmilərə, diplomatlara və ziyarətçilərə ölkəmiz barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Saloniki Azərbaycan Evi rəhbərliyinin yerli və xarici turizm şirkətlərinin təmsilçiləri ilə görüşləri keçirilib. Azərbaycana səfərə dair tur-paketlərin hazırlanması və turların təşkil edilməsi məqsədilə ilkin razılıq əldə olunub və bu məqsədlə Azərbaycandakı bir sıra turizm şirkətləri ilə birbaşa əlaqələr yaradılıb.

Qeyd edək ki, “Helexpo” şirkətinin təşkil etdiyi sərgidə 18 ölkədən 335 kommersiya şirkəti alıcı qismində iştirak ediblər. Sərgiyə qatılanların əksəriyyətini iş adamları və müxtəlif şirkətlərin nümayəndələri təşkil edir.

Qafqaz.media

Bir bunu deyən yazı "Σύλλογος Ελληνο-Αζέρικης Φιλίας QALA 土 2017 Verrtage 'C Dostluq" şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 8 nəfər, ayaqüstə duran insanlar, ayaqqabı və içəridə şəkili ola bilər

Bir 5 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "HALL STAND Philoxenia Α QALA QALA Σύλλογος Ελληνο-Αζέρικης Φιλίας QA 土 Dostluq Dostar CT" şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "Philosenia ΣΥΛΛΟΓΟΣ QALA ASSOCIATION QALA Σύλλογος Ελληνο-Αζέρικης Φιλίας QALA 土 2017 Yunanıstan-Azarbaycan Azarbaycan Dostluq Camiyyati" şəkili ola bilər

Bir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "ΣΥΛΛΟΓΟΣ ASSOCIATION QALA QALA" şəkili ola bilər

Bir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ