129 030 HƏRBÇİ, 3 211 TANK, 293 TƏYYARƏ, 284 HELİKOPTER... - Rusiyanın Ukraynadakı itkiləri haqda son açıqlama

02/02/2023 - 12:57

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 129 030 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 211 tank, 6 382 zirehli maşın, 2 212 artilleriya sistemi, 458 reaktiv yaylım atəşi sistemi, 222 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 284 helikopter, 1 951 PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 5 064 avtomobil texnikası və avtosistern, 200 xüsusi texnikadan ibarətdir.