ABŞ institutu: "Ruben Vardanyan Vladimir Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdı"
“Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona qərbyönlü erməni vətənpərvər kimi yanaşır”.
Bunu ABŞ-ın Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb.
O, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılan R.Vardanyanı tənqid edib.
Xatırladaq ki, R.Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı erməni separatçıların "dövlət naziri" (baş nazir) təyin olunub.
Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır./report