ABŞ sülh istəyir, avropalılar isə müharibə... - Orban
ABŞ-ın yeni administrasiyası və AB rəhbərliyinin Ukraynadakı münaqişəyə yanaşması fərqlidir: Vaşinqton indi sülh yolu ilə nizamlanmanın, Brüssel isə müharibənin davam etdirilməsinin tərəfdarıdır.
Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Avropalılar deyirlər ki, ukraynalıların Rusiyaya qarşı müharibədə qalib gəlməsini təmin etmək üçün sanksiyalar saxlanılmalı və hətta gücləndirilməlidir. Dünən ABŞ Dövlət katibi Marko Rubio müsahibəsində ukraynalıların bu müharibədə qalib gələ biləcəyini iddia edərək hamını aldatmağın ədalətsizlik olacağını söylədi. Bu müsahibəyə görə ona təşəkkür edirəm, çünki bu, amerikalıların sanksiya yox, sülh istədiyini, avropalıların isə əksinə, sülh deyil, sanksiyalar istədiyini göstərdi”, - Orban bildirib.