AKSİYANIN QIRX SƏKKİZİNCİ GÜNÜ! Xankəndi-Laçın yolunda etirazlar davam edir

28/01/2023 - 08:30

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA- nın Şuşa şəhərinə ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu da davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Şuşada havanın tempraturu hazırda -6 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.