Almaniya Ukraynaya özüyeriyən artilleriya qurğuları və yeni hərbi texnikalar verəcək – ALMAN SƏFİR AÇIQLADI

09/12/2022 - 15:56

Almaniya Ukraynaya yeni silahlar tədarük etdiyini açıqlayıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfirliyi Twitter-də məlumat yayıb.

Söhbət 18 RCH-155 özüyeriyən artilleriya qurğusu, 80 pikap, 7 yük maşını və 90 ədəd dron əleyhinə texnikadan gedir.

Səfirlik onu da əlavə edib ki, son bir həftə ərzində Ukrayna 20 “Dinqo” zirehli maşını və 2 M1070 “Oshkosh” ağır yükdaşıyan traktoru alıb.