Aşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olub

19/10/2024 - 20:22

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi baş tutub. Filarmoniyadan APA-ya verilən məlumata görə, bağlanışda Bəxtiyar Qənbəroğlu, Əfqan Məmmədov, Elbrus Hüseynov, Qalib Babaxanov, Saleh Tağıyev, Bəhruz Bağırov, Qənbər Allahverdiyev, Yaşar Məhərrəmov, Firəddin Mehdiyev, Ərəstun Kamalovun ifasında "Şərili, "Şəqayi Gəraylı", "Təbriz Gəraylısı", "Ofşarı", "Naxçıvanı", "Baş sarıtel", "Kərəm gözəlləməsi", "Koroğlu dubeytisi", "Hüseyni" səsləndirilib. Qeyd edək ki, daha əvvəl "Musiqi kimliyimiz" layihəsi Aşıq Ələsgər və Aşıq Şəmşirə həsr olunub. 

Aşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olubAşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olubAşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olubAşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olubAşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olubAşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olubAşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olubAşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28