Avropa da Mərkəzi Asiya uğrunda geosiyasi yarışa qoşulur-regiondakı layihələrə sərmayə qoyuluşu artırılır

25/11/2022 - 17:24

Avropa İnvestisiya Bankı Mərkəzii Asiyadakı layihələrin maliyyələşdirilməsini artıracaq. Belə ki, Mərkəzi Asiyada fəaliyyətini canlandırmanın zəmanəti olaraq, AİB regional ofis açmağı da planlaşdırır.
Bankın regiondakı fəaliyyəti canlandırmaq və layihələri maliyyələşdirmək, eləcə də layihənin hazırlanmasında məsləhət və texniki yardım göstərməklə bağlı iddialı planlarını AİB-nin vitse-prezidenti Teresa Çervinska bu yaxınlarda Səmərqənddə keçirilən Aİ və Mərkəzi Asiya arasında əlaqə üzrə konfransda açıqlayıb.
AİB Mərkəzi Asiya, Aİ üzv dövlətləri, müxtəlif donorlar və beynəlxalq maliyyə institutları arasında iqlimə həssas davamlı inkişaf əməkdaşlıq formatını təklif edir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33