Avropa İttifaqı ölkələrinin səfirləri Gürcüstanın ədliyyə naziri ilə görüşdü – SAAKAŞAVİLİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR

28/12/2022 - 17:34

Avropa İttifaqı ölkələrinin Gürcüstandakı səfirləri ədliyyə naziri Rati Breqadze ilə görüşüb.

Qafqaz.media xəbər verir ki, görüşün mövzularından biri Saakaşvilinin xaricdəki klinikaya köçürülməsidir.

Danışıqlar bu gün saat 15:30 radələrində başlayıb və hələ də davam edir. Avropa diplomatik missiyalarının rəhbərləri Ədliyyə Nazirliyinin rəhbəri ilə görüşdən sonra mətbuata danışacaqlarına söz verərək, ətraflı şərh verməkdən imtina ediblər.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ