Avropa İttifaqının Rusiya neftinə tətbiq etdiyi embarqo bu gün qüvvəyə minir

05/12/2022 - 09:00

Bu gün, dekabrın 5-də Avropa Rusiya neftinin dəniz yolu ilə ixracına tətbiq etdiyi embarqo, habelə dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin qiymətinin maksimum 60 dollar səviyyəsində müəyyən edilməsi haqda qərar qüvvəyə minir.

Qafqaz.media xatırladır ki, bu qərar cümə günü Avropa İttifaqı, G7 ölkələri və Avstraliya tərəfindən razılaşdırılıb.

Qərar Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin qarşısını almaq üçün verilib. Bu, eyni zamanda qlobal enerji bazarlarının sabitliyini qorumaq və Rusiyanın işğalının mənfi iqtisadi nəticələrini minimuma endirmək məqsədi daşıyır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən deyib ki, Moskva Rusiya neftinə qoyulan məhdudiyyətlərlə maraqlanmır, çünki Rusiya birbaşa tərəfdaşlarla danışıqlar aparır.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46