AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ 2 ŞƏXS MİNAYA DÜŞÜB - Biri həlak olub
Azad edilmiş ərazidə 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.
"Report" xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.
Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş ərazidə 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
***
İşğaldan azad edilmiş ərazilərdə iki mülki şəxs minaya düşüb.
APA xəbər verir ki, onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri isə ağır xəsarət alıb.
Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb ediliblər, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.