AZƏRBAYCANLA AVROPA İTTİFAQI ARASINDA QARŞILIQLI ANLAŞMA… - İlham Əliyev: “Yeni saziş üzrə məsləhətləşmələrin son mərhələsindəyik”

25/11/2022 - 12:16

“Azərbaycan Avropa İttifaqını mühüm tərəfdaş hesab edir”.

Qafqaz.media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

“Avropa İttifaqı ilə yeni saziş üzrə məsləhətləşmələrin son mərhələsindəyik. 90 faizdən çoxu tamamlanıb. Biz Aİ ilə Assosiasiya Sazişi imzalamamışıq. Bunun əvəzinə, ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik”, - deyə Azərbaycan dövlətinin başçısı bildirib.

“Şərq tərəfdaşlığı”na gəlincə, prezident vurğulayıb ki, Azərbaycan bu tərəfdaşlığı Aİ-yə üzv dövlətlərlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33