Baxmutda Azərbaycan əsilli hərbçi həlak olub - RƏSMİ AÇIQLAMA

22/01/2023 - 14:11

Yanvarın 19-da Ukraynanın Baxmut istiqamətində döyüşlərdə əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Elçin Məmmədov həlak olub.

Bu barədə "Amerikanın Səsi"nə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı bildirib.

Birlik Odesa Azərbaycanlıları Diaspor Təşkilarının sədr müavini Anar Natiqoğlu "Amerikanın Səsi"nə bildirib ki, Elçin Məmmədov Azərbaycanın Oğuz rayonundandır.

“Məmmədovun 49 yaşı var idi. 25 ildən çox idi ki, Odesa şəhərində yaşayırdı. O, döyüşlərə könüllü olaraq Xerson istiqamətində başlayıb. Soydaşımız Baxmut uğrunda döyüşlərdə qəhərmancasına şəhid olub. Onun həyat yoldaşı millliyətcə ukraynalı idi və bir neçə il öncə dünyasını dəyişib. Bir oğlu, bir qızı var”, Natiqoğlu qeyd edib.

Azərbaycanda Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan əslilli insanların rəsmi statistikası aparılmır. Ukraynada Azərbaycan diasporundakı qeyri-rəsmi mənbələrin məlumatına görə, Ukraynada döyüşlərdə yüzlərlə azərbaycanlı iştirak edir, döyüşlərdə otuzdan çox etnik azərbaycanlı həlak olub.