Beyləqanda ağacəkmə aksiyası keçirildi - Fotolar

20/02/2025 - 12:26

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun “Görüş” adlanan ərazisindən Beyləqan şəhərinə giriş istiqamətində ağacəkmə aksiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, aksiyada Beyləqan RİH-in başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada 500-dən çox sərv ağacı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 

Bildiyimiz kimi, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Beyləqan RİH tərəfindən keçirilən bugünkü ağacəkmə aksiyası da keçiriləcək silsilə tədbirlərin bir hissəsidir. 

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planının icrasından irəli gələrək Beyləqan rayonunda silsilə tədbirlər davam edəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

UTANC (Fraqmental)
21/02/2025 - 12:35
Sabah hava necə olacaq?
16/02/2025 - 21:27