Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını zəruri hesab edir

24/09/2024 - 06:49

Birləşmiş Ştatlar yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqlara başlamağı zəruri hesab edir. APA xəbər verir ki, bunu BMT-nin mənzil-qərargahında çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.  “Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını dəstəkləyir”, - Blinken vurğulayıb. Dövlət katibi qeyd edib ki, Vaşinqton iki Afrika ölkəsinə, Latın Amerikası və Karib hövzəsi dövlətlərinə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun, habelə inkişaf etməkdə olan ada ölkələrinə qeyri-daimi üzv statusunun verilməsini zəruri hesab edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ