BƏŞƏR ƏSƏD AİLƏSİNİ SURİYADAN ÇIXARDI - Bu ölkəyə göndərib (Yenilənib)

08/12/2024 - 07:54

Suriyada müxalif qüvvələrin irəliləməsi səbəbilə Prezident Bəşər Əsədin ailəsi ilə birgə ölkəni tərk etdiyinə dair məlumatlar yayılıb.

 “Wall Street” jurnalı xəbər verir ki, Əsədin ailə üzvləri Rusiyada məskunlaşıblar.

Məlumata görə, liderin xanımı və üç uşağı üsyançıların paytaxta doğru sürətlə irəliləməsinin ardınca ötən həftə Dəməşqdən Moskvaya yola düşüb.

O da qeyd edilib ki, ailəsi ölkədən çıxsa da Prezident hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.

Əsədin ailəsinin Rusiyaya getməsi davam edən vətəndaş müharibəsi fonunda Suriya rejiminin gələcəyində mühüm dönüş nöqtəsi ola bilər.(“Qafqazinfo”)

***

Suriya Prezidenti Bəşər Əsədin yaxınları və ailəsi ilə birlikdə ölkəni tərk etdiyi iddia edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə rejimə yaxınlığı ilə bilinən Suriyanın "Sama TV" kanalı məlumat yayıb. Əsədin Rusiyanın dəstəyini itirdikdən sonra Tehrana getdiyi bildirilib.

Digər tərəfdən, "Global Arab Net"- in əməkdaşı Həsən İbrahim də "X" hesabından etdiyi paylaşımda xəbərin doğru olduğunu iddia edib.

Beynəlxalq mətbuatda ida ddiaları təsdiqləyən xəbərlər çıxmağa başlayıb.

ABŞ-nin aparıcı nəşrlərindən olan "Wall Street Journal" (WSJ) Misir və İordaniya rəsmilərinin Bəşər Əsədə Suriyanı tərk etməklə bağlı xəbərdarlıq edildiyini yazıb. İsrailin “Yediot Ahronot” qəzeti isə Əsəd rejiminin yaxın 24 saat ərzində süqut edə biləcəyini, bu səbəbdən də sözügedən iddianın doğru olduğunu iddia edib.

Xatırladaq ki, Suriyada silahlı müxalif qruplarla rejim qüvvələri arasında noyabrın 27-də başlayan qarşıdurmalarda 9 gün ərzində Suriyanın bir çox strateji nöqtələri müxaliflərin nəzarətinə keçib. Rejim əleyhdarı silahlı qruplar Hələb, İdlib, Tel Rıfat və Həmadan sonra paytaxt Dəməşqdən əvvəlki son qala olaraq xarakterizə edilən Humusu da ələ keçirib.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ