“ÇEXİYAYA MİLYONLAR YATIRAN, 64 EV TİKDİRƏN GENERAL…” – Bu gün saxlanılan gömrük generalı haqda şok faktlar açıqlandı

26/01/2023 - 16:07

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirib.

Məlumata əsasən, əməliyyat zamanı Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənov və daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Qeyd edək ki, V.Həsənov 2022-ci ilin yanvar ayının 1 də general-polkovnik Səfər Mehdiyevin əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi təyin edilib. Vəzir Həsənovun adı Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri olan zaman bir sıra qalmaqallarda hallanıb.

Onun həbs olunub-olunmaması aparılacaq istintaq işindən sonra bilinəcək.

Qafqaz.media xəbər verir ki, tanınmış jurnalist Cavanşir Həsənli saxlanılan general haqda növbəti şok faktları açıqlayıb.  

“General Vəzir Həsənov saxlanıldı. Çexiyaya milyonlar yatıran, 64 ev tikdirən, məşhur Vəzir Həsənov. 4 ildir yazırdım. Bu yaxınlarda yazdığımı da yəqin unutmamısınız. Həmin gömrük generalı idi ki, Çexiyada bu yaxınlarda köməkçisinin adına şirkət alıb, sonra oğlunun adına keçirmişdi”, - deyə jurnalist qeyd edib.

Qafqaz.media