ÇİNİN ABŞ ÜZƏRİNDƏ STRATEJİ QƏLƏBƏSİ - Vaşinqton Pekinə uduzur

15/11/2023 - 12:14

ABŞ-Çin qarşıdurması bir sıra müstəvilərdə kəskinləşməkdə davam edir. Bu yaxınlarda Bayden və Sinin ABŞ-ın Kaliforniya ştatında planlaşdırılan görüşdə münasibətləri sabitləşdirməyə çalışacaqları xəbəri verildi. Belə ki, Vaşinqton admisnitrasiyasının dediyinə görə, ABŞ Prezidenti Bayden və Çin Prezidenti Si Tsinpin görüşdə iki kəskin rəqib ölkənin arasında bir çox ziddiyyətli mövzuya toxunsa da, münasibətləri sabitləşdirməyə yönəlmiş müzakirələr üçün çərşənbə günü Kaliforniyada görüşəcəklər. Görüşün gündəmində ikitərəfli münasibətlərin sabitləşdirilməsindən başqa, xüsusilə hərbi sahədə təmasların bərpasının müzakirəsi də planlaşdırır. “Bloomberg”in verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

Görüş noyabrın 15-də San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq. Karine Jean-Pyerin sözlərinə görə, dövlət başçıları açıq kommunikasiya kanallarının saxlanmasının zəruriliyini, habelə maraqlarının üst-üstə düşdüyü sahələrdə Pekin və Vaşinqton arasında qarşılıqlı əlaqəni müzakirə edəcəklər.

Bundan əlavə, Çində saxlanılan ABŞ vətəndaşları və süni intellektin inkişafı, Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək planlaşdırılır.

Çin Xarici İşlər Nazirliyi də Çin liderinin APEC sammitində və prezident Cozef Baydenlə danışıqlarda iştirak etmək üçün noyabrın 14-dən 17-dək ABŞ-a səfər edəcəyini təsdiqləyib.

Görünür, elə bu görüşqabağı ABŞ Nümayəndələr Palatasının Çin üzrə Komitəsi Baydenə məktubla təqdim olunan 10 tələb irəli sürüb. Nümayəndələr Palatasının tələbinə görə, Co Bayden onları San-Fransiskoda Si Tsinpin ilə görüşdə səsləndirməlidir. Parlamentarilərin fikrincə, əgər Si Tsinpin bu tələbləri yerinə yetirə bilməsə, ABŞ Pekinə qarşı daha sərt mövqe tutmalıdır.

Amerikalıların əsas tələbləri bunlardır:

1. Tayvan boğazının orta xəttinin şərqindəki Tayvanın hava hücumundan müdafiə zonasında Çin Xalq-Azadlıq Ordusunun fəaliyyəti dayandırılsın.

2. ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin gəmi və təyyarələrinin “təhlükəli durdurulmaları” dayandırılsın.

3. Çində qanunsuz saxlanılan bütün ABŞ vətəndaşlarını azad edilsin.

4. Çini tərk etməsi qadağan edilən bütün ABŞ vətəndaşlarına Çini tərk etməyə icazə verilsin.

5. Fentanilin ÇXR-ə tədarükü üçün “müştərinizi tanıyın” tələbləri müəyyən edilsin.

6. Pekin İkinci Thomas Sahili ətrafında Filippin gəmilərini təqib etməyi dayandırmalıdır.

7. Çin “Apple Daily”nin qurucusu Cimmy Lay və “Hong Kong 47” demokratiya tərəfdarı fəallarına qarşı ittihamları ləğv etməlidir.

8. Gülşən Abbas, Ekpar Asat, Kamilə Vayitanı buraxsın.

9. ABŞ Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının sədri Nura Türkelin anası Aişem Mamutun səyahət qadağası ləğv edilsin.

10. Sincanda proqramları dayandırın.

Amma maraqlıdır ki, iki ölkə arasında kəskin rəqabətə və müharibə ehtimalına baxmayaraq, Vaşqinton Çinlə gərginliyi müəyyən bir çərçivədə cilovlamağa çalışır. Belə ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Çin Baş nazirinin müavini He Lifen ilə bir sıra görüşlər keçirir. Danışıqların məqsədi Vaşinqton və Pekin arasındakı gərginliyin iqtisadi nəticələrini məhdudlaşdırmaq və kommunikasiya xətlərini açıq saxlamaqdır. Eyni zamanda, ABŞ Xəzinədarlığı Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitində dövlət başçılarının San-Fransisko görüşündən heç bir irəliləyiş gözləməməyə çağırıb.

İlk öncə gələk ABŞ-la Çin arasında süni intellektin inkişafı məsələsinin müzakirəsinə. ABŞ-ın narahatçılığına səbəb nədir? Noyanbrın 15-nə planlanan Bayden və Si arasında baş tutacaq görüşdə süni intellektin silah sistemlərində istifadəsinə tam qadağa haqqında razılaşma məsələsinin qaldırılacağı barədə məlumat var. Əslində məsələ aydındır - Çin bu istiqamətdə fəal şəkildə irəliləyir, ABŞ isə Pekinlə “ayaqlaşa bilmir”.

Çinin bu seqmentdə irəliləyişi var, məsələn, buna sualtı dronları misal çəkə bilərik. Bu isə ABŞ-ın regionda eskalasiyaya dair strateji planlarının üstündən xətt çəkir. Cənubi Çin dənizindəki düşmən sualtı qayıqları hədəfə ala bilən sualtı “qatil PUA” (bu cür dronların əsas sınaq bazasından bir qədər aralıda, Sanya, Hainan əyalətində 2021-ci ildə baş vermiş hadisəni xatırlayın) “biz nüvə sualtı donanması quracağıq və Çini blokadaya alacağıq” mövzusunu mənasız edir, çünki sualtı qayıqlar sürətlə hərəkət edən ağıllı torpedonun nişangahından yayınaraq necə qurtulacağını bilmir və bunu yaxın gələcəkdə öyrənməyəcəklər. Əgər ABŞ-Çin qarşıdurması real müstəviyə keçərsə, Çin onları sadəcə olaraq okeana elə miqdarda qatil PUA buraxacaq ki, Avstraliya sualtı qayığının okeana çıxması 100% intihar olardı.

ABŞ öz müdafiə sənayesini bu istiqamətdə inkişaf etdirə bilməz, səbəb isə puldur. Silah konsernləri də böyük məbləğdə pulların əvəzində yöndəmsiz çözümlər ortaya qoymaq, nəhəng silah şirkətlərinin Konqresdə oturan səhmdarlara qazanc və çevik pul gətirmədiyi təqdirdə yeni sahələrə investisiya etmək istəməməklə Pentaqonun büdcəsini “gəmirir”. Silah bazarının “bazarkomları” qərar veriblər ki, yeni və baha başa gələn silahın mürəkkkəb hazırlanmasə prosesindənsə, “Stingers”i on dəfə baha qiymətə sırımaq daha məqbul yoldur. Bundan başqa, yüksək texnologiyalı silah istehsalına girişməkdənsə, silah camiəsi bu yaxınlarda bazaar təqdim olunacaq lazer silahını irəli sürməyə hazırlıq görür, hansı ki, onun bir "atışı - 1 ABŞ dollar civarındadır, əks halda atış mümkün deyil. Yaxud bu silahın dostları, məsələn, relsli tapança (relslə min kilometr vurur) və 6-cı nəsil qırıcı (bütün texniki xüsusiyyətləri gizlidir) bazara çıxmağa namizəddir.

Ehtimal etmək olar ki, Çin tam qadağaya imza atmayacaq. Nəticə etibarı ilə “biz sülh tərəfdarıyıq, amma bu alçaqlar qatil robotlar dəstəsi yaratmaq arzusundadır” ittihamları dalğası yayılacaq.

Çinin ABŞ-ı sıxışdırması yalnız silah sənayesində yaşanmır. Bu sıxışdırma indi alovlara bürünmüş Qəzza zolağı fonunda Yaxın Şərqdə də baş verməkdədir. Məlum olduğu kimi, Çin Yaxın Şərqdə dəniz varlığını genişləndirir. Bu barədə Amerika Müharibə Tədqiqat İnstitutu da (ISW) yazır. Qurumun yazdığına görə, Çin bölgədəki təsirini artırmaq üçün İsrail və HƏMAS arasında müharibə başlayandan bəri Yaxın Şərqdə dəniz varlığını genişləndirib. Bu müstəvidə Çin Xalq Respublikasının 44-cü Müşayiət Qrupu oktyabrın 2-də Ədən körfəzində başlayan müşayiət missiyasını başa çatdırıb. Qrup Küveyt, Qətər, Oman və BƏƏ-yə bir sıra “xoşməramlı səfərlər” etmək üçün noyabrın 3-dək orada qaldı. BƏƏ-də isə dəniz qüvvələrinin Çinlə birgə təlimləri keçirildi.

Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdə Çin hərbi-dəniz obyektlərinin yaradılması onun Hərbi Dəniz Qüvvələrinin qarşıdan gələn hadisələrə qarışmağına töhfə verəcək.

Hər əlverişli məqamda ABŞ-ın qarşısına dikilmək fürsətini fövtə verməyən Çin İsrailə qarşı Fələstini dəstəkləməklə kifayətlənir. Pekin həmçinin uyğyrlarla bağlı ona qarşı yürüdülən kompaniyada ərəb dünyasında öz tərəfdarları axtarır. Hətta “Deutsche Welle” bu məsələ ilə bağlı “Çin uyğurlara qarşı siyasətinə haqq qazandırmaq üçün ərəb dünyasında öz tərəfdarları axtarır” sərlövhəli yazı ilə çıxış etdi.  

“Çin İsrail və HƏMAS arasındakı müharibədə vasitəçilik etməyə çalışır. Pekin hər iki tərəfdən zorakılığı pisləyib, lakin fələstinlilərə siyasi dəstək üstün gəlib. Çinin fələstinliləri dəstəkləməsinin səbəblərindən biri müsəlman ölkələrinin ölkənin Sincan-Uyğur Muxtar Bölgəsindəki müsəlman türklərə dəstək verməməsini təmin etməkdir”, deyə “Deutsche Welle” yazır.

Nəşr qeyd edir ki, Fələstin Muxtariyyəti “vahid Çin siyasəti”nə sadiq qalmağı öhdəsinə götürüb. O, həmçinin Çin Xalq Respublikasının türklərin və əsasən müsəlmanların yaşadığı muxtar bölgəsindəki vəziyyətin "ümumiyyətlə insan haqları məsələləri ilə deyil, terrorizm, radikallaşma və separatizmlə mübarizə ilə əlaqəli olduğu" barədə Çin rəvayətini qəbul edib.

Nəşr vurğulayır ki, Çin uyğurlara qarşı repressiyalarına haqq qazandırmaq üçün bu kontekstdə ərəb dünyasında öz tərəfdarlarını axtarır. Pekin ərəb dünyasında dəstəyini itirərsə, Sincan-Uyğur Muxtar Bölgəsindəki separatçı qüvvələr müsəlman ölkələrindən daha çox dəstək ala bilər. Ölkənin birliyi əsas prioritet olduğu etnik azlığın hər hansı üsyanı Kommunist Partiyasının rəhbərliyi üçün ən pis ssenari olardı.

Beləliklə, Baydenlə görüşdə Si Tsinpin əlindəki “dörd tuz”la daha üstün durumda olacaq.

Birincisi, Ukraynanın Rusiyaya qarşı hərbi uğursuzluğu – bu Amerikanın strateji mövqeyinə zərbədir və 2022-ci ildən Rusiyaya ixracını iki dəfə artıran Çin üçün qazancdır.

İkincisi, ABŞ-ın Çinlə texnoloji müharibəsi uğursuz oldu, çünki Çinin İT şirkətləri “Nvidia” və digər ABŞ istehsalı olan çiplər əvəzinə “Huawei” prosessorlarını alırlar.

Üçüncüsü, Qəzzada HƏMAS-la müharibə Çinə Amerikanın müttəfiqi olan İsrailə qarşı Qlobal Cənubun faktiki lideri kimi çıxış etmək seçimini verir. Çin indi müsəlman dünyasına ABŞ-dan daha çox ixracat edir.

Dördüncüsü, ABŞ ordusu Sakit okeanın şimal-qərb regionunda, eləcə də Çin Xalq-Azadlıq Ordusunun atəş gücü üstünlüyündə olan Cənubi Çin dənizinin daxili sularında Pekinlə qarşıdurmadan qaçmaq istəyir.

Bayden-Si sammitinin zəminini hər iki tərəfin ABŞ-Çin qarşıdurmasının müharibəyə gətirib çıxara biləcəyi qorxusu təşkil edir.

Bütün sadalananlara baxmayaraq, ABŞ-ın biruzə verməməyə çalışdığı daha bir qorxusu var – Putinsiz Rusiya. Vaşqinton Rusiyanı sanksiyalarla boğmaq tendensiyasını “gözə soxmaqla” Putini “şeytanlaşdırmağa” nail olub. İndi isə ABŞ sabiq dövlət rəsmisinin diliylə bu narahatçılığını dilə gətirir. Belə ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton təşvişlə “Putindən sonra Çin Rusiyanın ağası olacaq” deyə təlaşını səsləndirib. Bolton, “Uzunmüddətli perspektivdə Rusiya üçün ən vacib şey – təkcə Putin deyil, bütün digər ruslar bu barədə düşünməlidir – bu gün Rusiyanın Çinin peyki olmağa nə qədər yaxın olmasıdır.

Mən Ağ Evdə işləyəndə bir neçə dəfə Moskvaya səfər etmişəm. Bizim o vaxtkı Moskvadakı səfirimiz Con Hantsman nahar və səhər yeməyi təşkil edir, onlara rusiyalı qonaqları dəvət edirdi. Mən orada keçmiş xarici işlər naziri İqor İvanovla danışdığımı xatırlayıram. Mən ona deyirdim ki, məncə, Rusiya Çinlə çox yaxınlaşmaqdan çəkinməlidir. Cavab olaraq o, mənə - partiya xətti - deyilən cavabı verdi – “deyirlər, amma biz özümüzü rahat hiss edirik, heç bir problem yoxdur, bunun Rusiyanın maraqlarına uyğun olduğuna inanırıq”. Mən sadəcə əlimi yellədim. İndi isə bu artan asılılıq daha aydın görünür. Və bəlkə də bu Putinin özünə təzyiq etmək imkanı yaradacaq. Ancaq bu, hər bir rus üçün aktual olmalıdır. Nə vaxtsa onlar geriyə qayıtmaq istəyəcəklər və bu, mümkünsüz olacaq.

ABŞ-ın maraqlarından çıxış edərək, Putindən sonra Rusiya hökumətinin çox zəif olacağı ehtimalını nəzərə almalıyıq və bu, Çinə Asiya Rusiyasında demək olar ki, qeyri-məhdud fəaliyyət azadlığı verəcək”, deyə Bolton narahatçılığını izhar edib. Belə bir fikir var ki, diplomatlar və xüsusi vacib sahələrdə dövlət vəzifəliləri sabiq olmur. Yeri gəldiyi zaman, bəzi fikirlər onların dilindən səsləndirilir. Ola bilsin ki, Boltonun fikri də bu qəbildəndir. Odur ki, Si Tsizinpinin ehtiyatında nəinki Baydenə, ümumilikdə ABŞ-a qarşı dörd tuzu var və onların beşincisi – “Putindən sonra Rusiyanın Çinin təsir arealına girməsi” uzunmüddətli perspektivdə ABŞ üçün daha dəhşətlidir.       

Ülviyyə ŞÜKÜROVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ