DATÜB rəhbərliyi yeni təyin edilən nazir müavini ilə görüşdü – FOTO

16/12/2022 - 22:35

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanov və Baş katib Fuat Uçar Türkiyənin yeni təyin olunan nazir müavini Yasin Əkrəm Serimi ziyarət edib.

Qafqaz.media xəbər verir ki, səfər zamanı DATÜB Başqanı Ziyəddin Kassanov xarici işlər nazirinin müavini Yasin Ekrem Serimə yeni təyinatı münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.

Görüşdə bir çox mövzular, xüsusilə də Ukraynadan Türkiyəyə təxliyə edilən Axısxa türklərinin vəziyyəti, gələcəkdə Qars, İğdır, Ərdahan (Posof) vilayətlərinə həyata keçirilməsi planlaşdırılan köç və 250 Axısxalı türk ailəsinin Sinop şəhərinə yerləşdirilməsi kimi mövzular müzakirə edilib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12