“Dəhliz açılır, Azərbaycan polisi Xankəndinə girir...” - VARUJAN GEQAMYAN
21/12/2022 - 16:03
![](/sites/default/files/styles/slide/public/2022-12/dehliz.jpg?itok=_TjFnai7)
Hazırda Laçın yolunda baş verənlər, proseslərin məntiqi sonluğu mövzusu Ermənistan ictimaiyyəti arasında ən çox danışılan mövzudur.
Qafqaz.media axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan bildirib.
“Proseslərin necə sonlanacağı ilə bağlı ssenarilər barədə məlumatımız var. Bizim üçün ən pis ssenari budur: Laçın dəhlizinin açılması əvəzində Bakı Xankəndiyə Azərbaycan polisini yerləşdirəcək”, - deyə o, erməni kanalına müsahibəsində qeyd edib.