Erməni deputat mandatından imtina etdi

25/11/2022 - 13:35

Ermənistan parlamentinin “Ermənistan” adlı müxalif fraksiyasının üzvü Aram Vardevanyan deputat mandatından imtina edib.

Qafqaz.media “Novosti Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

O, mandatdan imtina ilə bağlı qərarını deputat həmkarları ilə müzakirə etdiyini vurğulayıb.

A.Vardevanyan hüquqi fəaliyyətlə məşğul olacağını vurğulayaraq bu sahədə çoxlu iş olduğunu söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02