Gürcü patriarx Saakaşviliyə "reallığı bilməyi" arzulayıb

06/01/2023 - 00:44

Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə məktub göndərib.

Qafqaz.media xəbər verir ki, Patriarx Mixail Saakaşviliyə taxta çıxmasının ildönümü münasibətilə təbriklərinə görə təşəkkür edir, ona cansağlığı arzulayır.

“Cənab Mixail, taxta çıxma günü münasibətilə təbrikləriniz üçün sizə ürəkdən təşəkkür edirəm. Mən də sizin yeni ilinizi təbrik edirəm. Sizə cansağlığı, ilk növbədə mənəvi gücünüzü və həqiqi reallıqlar haqqında biliklərinizi gücləndirmək üçün Allahın mərhəmətini arzulayıram”, - Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin yaydığı məktubda deyilir.