Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb

22/01/2025 - 10:11

Sosial mediada, Yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib. APA xəbər verir ki, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən saxlanılıb. Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Pomidor şirəsinin faydaları
18/01/2025 - 09:05
Kimlərə şaurma yemək olmaz?
18/01/2025 - 04:55