“Hizbullah” İsraildəki beş hərbi bazaya zərbələr endirib
17/11/2024 - 07:24
Livanın “Hizbullah” hərəkatı İsraildəki 5 hərbi bazaya hücum etdiyini açıqlayıb. APA xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin “Telegram” kanalında yaydığı məlumatda deyilir. Məlumata görə, Hayfada Hərbi Hava Qüvvələrinin logistik və dəniz bazaları vurulub. “İsrailin Stella Maris strateji dəniz monitorinq bazası, Karmeldəki logistika bazası və qaz anbarının yerləşdiyi Nişer bazası hücuma məruz qalıb”, - hərəkatın paylaşdığı məlumatda deyilir.