"İNSANLAR TANK YEMİRLƏR..." - Müharibə Rusiya iqtisadiyyatına necə təsir edib?

06/01/2023 - 10:00

Müharibə, səfərbərlik, sanksiyalar və rusiyalıların xaricə kütləvi köçü - 2022-ci ildə baş vermiş bu hadisələr Rusiya vətəndaşlarının bir çoxunda  gələcəyə inam hissinin sarsılması ilə nəticələnib.

Bu, yaxın illərdə iqtisadiyyatın inkişafını müəyyən edəcək əsas faktordur.

İqtisadi Siyasəti Araşdırma Mərkəzinin direktoru Oleq Buklemişev 2022-ci ilin sonunda Rusiyadakı vəziyyəti belə təsvir edir: "İqtisadiyyat üçün ən pis şey hələ reallaşmamış, amma gerçəkləşə biləcək qorxulardır - yanvarda səfərbərlik olacağı xəbərinin yaratdığı qorxular".

Belə şayiələrin mövcudluğu iqtisadiyyata ziyan vurur, istehlakçıların və biznesin inamını daha da sarsıdır: birincilər daha az xərcləyir, ikincilər investisiya yatırmağa ehtiyat edirlər.

Biznes sektoru işçilərin bir hissəsinin səfərbərliyə cəlb olunmasından şikayətlənir: nadir mütəxəssislərin və ya kənd təsərrüfatı işçilərinin səfərbər edilməsi xüsusi ilə ciddi problemlər yaradır.

Rusiyada iqtisadi vəziyyət Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Hazırda inflyasiyanın yavaşlaması müşahidə olunur, halbuki həm əhali, həm də büdcə üçün böyük xərclər dövrü olduğu üçün həmişəki kimi ilin sonuna yaxın sürətlənməliydi.

Noyabr ayının sonunda inflyasiya 12 faizdən də aşağı həddə düşüb. Oktyabrda pərakəndə ticarət dövriyyəsi, demək olar ki, 10 faiz azalıb. Bəzi bazarlarda problemlər kəskinləşib: məsələn, mənzil satışı azalıb, avtomobil bazarında azalma yenidən sürətlənib.

Rusiyalılar daha az alış-veriş etməyə başlayıblar, hərçənd elə səfərbərlikdən əvvəl də onların xərcləri kəskin şəkildə azalmışdı.

İqtisadçı Ruben Yenikolopov vəziyyəti təsvir edir: "Ümumi tendensiya uzun və qarşısıalınmaz iqtisadi enişin başlamasıdır".

Neqativ böyümədən dərin tənəzzülə doğru

Ard-arda iki il - 2022 və 2023-cü illərdə Rusiya iqtisadiyyatında azalma olacaq. Bu azalmanı həm Rusiya rəsmiləri, həm beynəlxalq təşkilatlar, həm də  iqtisadçılar gözləyirlər. Yeganə sual onun nə qədər olacağıdır?

Hesablama Palatası "hər hansı stresli vəziyyət olmadığı" təqdirdə gələn il üçün 1 faiz azalma proqnozlaşdırır.

Sanksiyalar altında olan “Alfa-Bank”ın iqtisadçıları Natalya Orlova və İrina Rostovtseva isə öz hesabatlarında qeyd edirlər ki, 2023-cü ildə Rusiya iqtisadiyyatı 6,5 faiz azalacaq.

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin Rusiya iqtisadiyyatı

Onların bədbin proqnozu müharibə başladıqdan sonra əhalinin kütləvi şəkildə Rusiyadan getməsinə əsaslanır.

Orlova işçi qüvvəsinin 1,5 faizinin ölkəni tərk etdiyini və həmin şəxslərin əsasən orta təbəqənin nümayəndələri olduğunu  düşünür – onların köçü artıq tələbatın azalmasına səbəb olub.

Bundan başqa, gedənlər pullarını da özləriylə aparıblar: 2022-ci ilin əvvəlinə qədər rusiyalılar xarici banklarda təxminən 30 milyard dollar saxlayırdılarsa, sentyabrda bu məbləğ 66 milyard dollara çatıb.

Orlova həmçinin hesab edir ki, malların idxalına qoyulan məhdudiyyətlər, o cümlədən, Qərb şirkətlərinin ölkədən getməsi investisiyaların  və ixracın azalmasına gətirib çıxaracaq və bütün bunlar dərin tənəzzülə səbəb olacaq.

Müharibə dövrünün iqtisadiyyatı

Rusiya iqtisadiyyatı dünyada aclıq qıtlıq Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Müharibə dövlətin iqtisadiyyatdakı kifayət qədər böyük rolunu daha da artırmağa davam edir.

Ötən həftə “Rosstat” üçüncü rübdə ÜDM-in 3,7 faiz azaldığını açıqlayıb.

Ancaq kənd təsərrüfatı, tikinti, maliyyə sektoru, o cümlədən, dövlət idarəçiliyi və hərbi təhlükəsizliklə bağlı sahələr inkişaf edib.

Getdikcə daha qapalı hala gələn büdcədə də təhlükəsizlik qüvvələrinə (orduya, polisə, Milli Qvardiyaya və s.) böyük xərclər nəzərdə tutulub.

Belə bölgü  iqtisadiyyat üçün pisdirmi?

Bununla bağlı iqtisadçılar arasında konsensus yoxdur. Bir tərəfdən hərbi xərclər iqtisadiyyatın lap da dərin quyuya düşməməsinə kömək edir.

Amma məsələnin başqa tərəfi də var: “İndi və yaxın gələcəkdə ÜDM-i həqiqətən də hərbi sektor dəstəkləyəcək, amma insanlar tank yemirlər” – Yenikolopov belə deyir.

Bu fikri belə də ifadə etmək olar: böhran fonunda insanlar daha az istehlak edir, biznesə investisiya yatırmır, dövlət isə xərcləməyə hazırdır.

Ancaq həmin xərclər spesifikdir: hərbi texnika istehsalına və ya təhlükəsizlik qüvvələrinə xərclənən vəsait iqtisadiyyatı irəli aparmır və insanların həyatını yaxşılaşdırmır.

 "Hazırda fəal şəkildə istehsal olunan metal məmulatlarının heç birini çörəyin üstünə çəkib yemək mümkün deyil. Bu məmulatlar istehlakçı iqtisadiyyatı tərk edir, inzibati iqtisadiyyata qoşulur" – Buklemişev vəziyyəti belə izah edir.

 Daha bir sual: bu xərclər gələcəkdə iqtisadiyyatın inkişafını təmin edə bilərmi? Hərbi xərclərin ÜDM-ə təsirini araşdıran Ruben Yenikolopov  etiraf edir ki, heç kim bu təsirin nə qədər olduğunu axıra qədər bilmir. Çox vaxt hər şey pulun nəyə xərclənməsindən asılı olur: tədqiqatlara və köhnə texnologiyalar vasitəsilə avadanlıq istehsalına xərcləmələr iqtisadiyyata müxtəlif cür təsir göstərir. Yenikolopov hərbi xərclərin Rusiyadakı növünü səmərəsiz hesab edir. Uzunmüddətli perspektivdə bu növ çətin ki, böyümə və inkişafa müsbət təsir etsin.

Sanksiyalar və iqtisadi böhran fonunda Rusiyanın müharibəyə pulu çatacaqmı?

İqtisadçılar razılaşır ki, hakimiyyətin iqtisadi proqnozları əsasında hazırlanmış büdcədə səfərbərlik məsələsi nəzərə alınmaya bilərdi. Amma hələ ki aşkar problemlər yoxdur. Hər şey həmin şaxələnmədən  asılı olacaq: məsələn, ixracda nələr baş verəcək və onu tez bir zamanda yenidən istiqamətləndirmək mümkün olacaqmı. Əgər bu alınmasa, xərcləri həmişə yenidən bölüşdürmək olar: büdcədə kəsmək üçün bir şey tapılar. 

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin Rusiya iqtisadiyyatı

"Əbədi durğunluğa düçar olmaq"

Əksər iqtisadçılar gələcəyin mənzərəsini belə təsvir edir: iqtisadiyyat 2024-cü ildə böyüməyə başlayacaq, amma çox yavaş templə - ildə təxminən 1-1,5%.

Yenikolopov deyir ki, "Əvvəla, Rusiya, bu iki il ərzində yaranacaq uçurumdan çox yavaş-yavaş çıxacaq. İkincisi, biz dünya iqtisadiyyatından getdikcə daha çox geri qalmağa davam edəcəyik. Mütləq rəqəmlərlə ifadədə hər şey o qədər də pis deyil, sadəcə biz eyni səviyyədə ilişib qalacağıq, dünya isə irəliləyəcək".

Sanksiyalar Rusiyanın həm də texnoloji cəhətdən geri qalmasını təmin edəcək: ən yeni texnologiyaları idxal etmək çətin olacaq. Amma sanksiyaların iqtisadi artım tempinə ciddi təsir edib-etməyəcəyi bəlli deyil.

Məsələn, Buklemişev deyir ki, artıq Rusiya “hər şeyin əhəmiyyətsiz olduğu” bir “çuxurda” olub: "Biz heç bir mənfi təsirin hiss edilmədiyi çuxurda ola bilmişik, ardınca bütün bunlar sadəcə əbədi durğunluğa çevriləcək".

Rusiya böhran

Durğunluq və ya iqtisadi artım konsepsiyaları real həyata dəxli olmayan şeylər kimi görünə bilər, amma ikisi də insanların yaşayışına təsir edəcək: onların həyat səviyyəsi və rifah vəziyyəti pisləşəcək. Amma bu o qədər yavaş baş verəcək ki, çoxları bunu hiss etməyəcək.

İqtisadçıların fikrincə, növbəti iki ilin böhranı Rusiya iqtisadiyyatını 5-10 il geriyə atacaq.

Məsələn, “Loko-invest” şirkətinin investisiya direktoru Dmitri Polevoy hesab edir ki, 2023-cü ilin sonuna qədər iqtisadiyyat 2017-2018-ci illər səviyyəsində qalacaq. Müharibədən əvvəlki səviyyəyə qayıtmaq üçün daha üç il lazım gələcək. Yenikolopov deyir ki, iqtisadiyyat Ukraynayla münaqişənin lap əvvəlinə - 2013-2014-cü ilə qədər geriləyə bilər.

"Biz bu gün, burada və indi yaşayırıq... Rusiya əhalisinin real gəlirləri baxımından 2013-cü illə müqayisədə biz indi təxminən 10% pis yaşayırıq" – Buklemişev belə deyir.

O, Rusiya iqtisadiyyatının neçə il geriləyəcəyini hesablamağı mənasız hesab edir:

"İnsanların həyatında geriyə atılmış və ya atılmamış onilliklər yoxdur. Onların ehtiyatda belə bir vaxtı yoxdur. İnsanlar burada və indi, bu gün yaşayırlar. Onların 10 il gözləmək, sonra yenidən yaşamağa başlamaq imkanları yoxdur. Bu baxımdan deyirəm - nə fərqi var? Mənim həyatım mənim üçün Rusiya iqtisadiyyatından qiymətlidir”.

Olqa Şamina, Mariya Kiselyova

BBC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ