İsveçrə XİN vətəndaşlarına İsraildə vəziyyətin pisləşməsi ilə bağlı xəbərdarlıq edib

24/09/2024 - 06:47

İsveçrə öz vətəndaşlarına İsraildə təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edərək, ölkəyə təcili olmayan səfərlərdən çəkinməyi tövsiyə edib. APA xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi “X” platformasında paylaşım edib. “İsraildə vəziyyət qeyri-müəyyən olaraq qalır və təhlükəsizlik vəziyyəti daha da pisləşə bilər. Təcili olmayan səyahətlər tövsiyə edilmir”, - paylaşımda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ