Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15
Kipr Respublikasının sahilində 4 maqnitudalı zəlzələ olub. Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Aralıq dənizinin şərqində qeydə alınmış yeraltı təkanların episentri Türkiyənin Mərsin şəhərinin Anamur rayonundan 186 km cənubda yerləşib. Təbii hadisənin ocağı 4 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyib.