Leyla Quliyeva anası ilə fotolarını paylaşıb bunları yazdı

03/03/2024 - 17:19

Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə bağlı paylaşım edib. 

Qafqaz.Media xəbər verir ki, aparıcı anasının ad günü olduğunu vurğulayıb.

"Deyirlər ki, anama çox oxşayıram. Amma elə deyil. O, çox gözəldir. Güclü və müdrikdir. Son dərəcə dəqiq adamdır. Həm də ədalətli. Məndə bunların heç biri yoxdur. Hərçənd, çalışıram. Ona çatmağa, ona bənzəməyə çalışıram. Böyüyəndə mən də onun kimi olacağam. Əslində böyüyürəm, amma nə qədər böyüsəm də, o, həmişə məndən böyükdür. Və bu gün bir yaş da böyüyür. Ana, mən razıyam, gəl bir yerdə böyüyək. Sən böyü ki, mən də sənə tərəf gəlim. Nə qədər çox böyüsən, mən də bir o qədər çox böyüyə bilərəm. Sən var ol ki, mən də səndən güc alım. Sən sevin ki, mən də sevindirmək üçün çalışım. Sən yaşa ki, mən də yaşayım! Çox yaşa! Lap çox! Yeni baharın mübarək, ana!" deyə, Leyla anası ilə olan fotolarına şərh yazıb.

 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28