“Mixail Saakaşvili zəifdir, o, daha məhkəmədə iştirak edə bilməyəcək” - Giuli Alasaniya

07/01/2023 - 16:34

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, Saakaşvili yanvarın 9-na təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək.

Qafqaz.media xəbər verir ki, Alasaniya bu barədə “Vivamed” klinikasını tərk edərkən bildirib.

O deyib ki, keçmiş prezident olquca zəifləyib, taqətsizdir.

“Mən onun indi bunu edə biləcəyini düşünmürəm. O, zəifdir və dünənki epizoddan sonra artıq bunu edə bilməz. Bütün "dövri cədvəl" (Mendeleyev cədvəlini nəzərdə tutur – red.) onun orqanizmindədir", - Alasaniya deyib.

Məlumat üçün bildirək ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya onun cəzadan azad edilməsi məsələsi üzrə məhkəmə prosesi Tbilisi şəhər məhkəməsində 9 yanvar, saat 12:00-a təyin edilib.

Qafqaz.media