Əməkdar artistin nəvəsi “Səs”də
10/02/2025 - 06:56

Əməkdar artist Zakir Mirzəyevin nəvəsi “Səs Azərbaycan” proqramına qatılıb.
Qafqaz.media xəbər verir ki, bu gün yeni mövsümə başlayan layihədə 19 yaşlı Məlahət Mirzəyeva “Bana-bana gəl” mahnısı ilə yarışıb.
Ona Xalq artisti Röya Ayxan və Avroviziya qalibimiz Eldar Qasımov dönüb.
Məlahət isə yarışmada yoluna R. Ayxanla davam etmək istəyib.