“Məni Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmaq əxlaqsızlıqdır” – SAAKAŞVİLİNİN "KEÇMİŞ DOSTU"
Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvili eks-prezident Mixail Saakaşvilinin Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.
Qafqaz.media-nını məlumatına əsasən, V.Merabişvili deyib ki, sağlıq durumu ağır olan dostu Mixail Saakaşvilinin müsahibəsinin çirkin yozumuna laqeyd qala bilməz.
“Bu gün mənim əleyhimə yüksələn növbəti dalğaya cavab vermək istəyirəm. Keçmişdə səhvlərim olub, amma heç vaxt məsuliyyətdən yayınmamışam. O cümlədən, “karser”də keçirdiyim yeddi il öz məsuliyyətimi dərk etmək mənə çox vaxt qazandırdı.
Strasburqdakı Avropa Məhkəməsinin Böyük Palatası müəyyən edib ki, mənim həbsdə saxlamağımda məqsəd Mixail Saakaşviliyə qarşı məndən məcburi sübutlar almaq olub.
İndiyə qədər mən barəmdə səsləndirilən bir çox çirkin böhtanlara belə münasibət bildirməmişəm, amma indi çətin vəziyyətdə olan dostum Mixail Saakaşvilinin müsahibəsinin çirkin yozumunu sadəcə olaraq nəzərdən qaçıra bilmirəm.
Məhz bütün tərcümeyi-halı ölkəmizin düşmənləri ilə birbaşa və ya dolayısı ilə əməkdaşlıq nümunələri ilə dolu olan insanlar məni tez-tez “Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda” ittiham edirlər.
Bunu dediyim üçün üzr istəyirəm, amma həyatım boyu mübarizə apardığım bir şeydə məni günahlandırmaq əxlaqsızlıq və həyasızlıqdır. Ukraynadan başqa, heç bir Avropa kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarına bizim Daxili İşlər Nazirliyi qədər ziyan vurmayıb.
Rusiya düşməndir, Ukrayna qalib gələcək və bununla da, əminəm ki, Gürcüstanda sülhə nail olunacaq.
Sədrliyə və seçkilərə görə özünüzə bunu etməyə icazə verə bilməzsiniz!” – Vano Merabişvili yazır.
Mixail Saakaşvili “Spiegel”ə deyib ki, “2021-ci ilin oktyabrında mənim Gürcüstana qayıtmağı planlaşdıranların bəzilərinin Rusiya kəşfiyyatı ilə bağlantısı ola bilər”.
Qafqaz.media