Mənim sevimli qəzetim...-Fuad BİLƏSUVARLI yazır

17/11/2024 - 07:50

                                                      "525 - ci qəzet" - 32 

      Neçə illərdir ki, hər səhər oxucuları ilə görüşə gələn "525 - ci qəzet"in 32 yaşı tamam olur. 32  il elə də az müddət deyil. 32  il əsrin dörddə birindən də çox. Qəzetin bütün cəfakeş yaradıcı kollektivini, başda baş redaktor, tanınmış qələm sahibi Rəşad Məcid olmaqla ürəkdən təbrik edirəm. Sevimli qəzetimin yaradıcı heyətinə arzum: Sükanı həmişə belə saxlayın.
    " 525-ci qəzet"i biz oxuculara sevdirən nədir? Bu sualı hər oxucu öz maraq prizmasından cavablandıra bilər. Mənim üçün isə bu, hər nömrəsində oxuduğum və zövqümə uyğun gələn yazılardır. Həftədə beş dəfə oxucuları ilə görüşə gələn qəzetin daimi oxucuları təsdiq edə bilərlər ki, qəzetdə geniş oxucu kütləsinin maraq dairəsini əhatə edən bütün mövzularda yazılar var. Bir kəlməsini oxumaqla respublikamızın ictimai-siyasi həyatında , ədəbi mühitində baş verən yeniliklərlə məlumatlanmaq mümkündür. Təbii ki, qəzetin baş yazarı Rəşad Məcid ədəbi mühitimizin tanınmış simalarındandır. Elə ilk yaranışdan qəzetin baş yazarıdır. Ətrafına toplaşmış peşəkar qələm sahibləri ilə qəzetin dolğun, məzmunlu, əhatəli çıxması üçün var qüvvələrini sərf edirlər və istəklərinə də nail olurlar. Bəs necə?! 32 il oxucularla təmasda olmaq, onların rəğbətini qazanmaq hər mətbu orqanına xas olmur. Bircə elə buna görə qəzetin bütün yaradıcı kollektivinə böyük minnətdarlıq düşür.
    " 525-ci qəzet"in gənc yazarların son dərəcə həssas və qayğıkeş münasibətindən isə daha çox danışmaq olar. Gənc yazarlara yandırılan "yaşıl işıq" onların geniş oxucu kütləsinə tanıtdırılmasında əvəzsiz rol oynayır. Xeyli vaxtdır ki, " 525-ci qəzet" bu xeyirxah missiyanı şərəflə yerinə yetirir . Təsadufi deyil ki, imzası ilk dəfə " 525 - ci qəzet"də işıq üzü görmüş bir çox yazarlar indi ədəbi mühitdə tanınır və sevilirlər. Gənc yazarlara həssas və isti münasibətləri ilə seçilən " 525 - ci" lər növbəti ad gününüz mübarək. Oxucu məhəbbəti heç zaman sizdən əskik olmasın. Əsrin dörddə birindən çox illəri arxada qaldı. Qarşıda isə daha uzun illər var. Qoy bu illər də uğurlu olsun!

Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media 

https://525.az/news/271479-olum-ayriliq-deyil

https://525.az/news/277131-pesekar-jurnalist-deyerli-ziyali--qulu-meherremli-70

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28