Moskvada binaların başına hava hücumundan müdafiə sistemləri yerləşdirilir – HAKİMİYYƏT TƏŞVİŞ İÇİNDƏDİR / VİDEO, FOTO

22/01/2023 - 09:04

Qərbin ağır silah yardımı nəticəsində Ukraynanın itirilən torpaqları geri qaytarmaq üçün başlatdığı hücum Rusiyada təşviş yaradıb.

Qafqaz.media xəbər verir ki, sosial şəbəkələrdə bu narahatçılığın görüntüləri yayılmaqdadır.

Belə ki, Kiyev administrasiyasının paytaxta genişmiqyaslı hücum həyata keçirəcəyi ilə bağlı narahatlıqlar dərinləşərkən, Ukrayna ordusunun cavab zərbələrinə qarşı tədbir görən Rusiya son vaxtlar ictimai və inzibati binaların damlarına hava hücumundan müdafiə sistemləri quraşdırıb.

Rusyada dikkat çeken görüntü... Moskovaya koruma kalkanı

Rusiya mətbuatında çıxan xəbərlərdə Rusiya prezidenti Vladimir Putinin Moskvadan kənardakı iqamətgahının bağçasına da “Pantsir” yerləşdirildiyi bildirilib.

Rusiya hakimiyyəti məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, rusiyapərəst “Telegram” kanalı “Hərbi Xəbərçi” bu xəbəri etiraf edib və bunu 12 milyon əhalisi olan Moskvanın hazırda həssas vəziyyətdə olduğunun sübutu kimi təqdim edib.

Rusyada dikkat çeken görüntü... Moskovaya koruma kalkanı

Rusiya hakimiyyəti məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Qərb mediası Ukraynanın Moskvaya böyük hücumu ilə bağlı narahatlıqların dərinləşdiyini iddia edib.

Qərb mətbuatında yer alan xəbərlərdə Rusiya rəhbərliyinin paytaxtın təhlükəsizliyi ilə bağlı narahat olduğu və Putinin təcili bir qərarla Moskvanın müdafiəsini gücləndirmək istədiyi irəli sürülüb.

Qafqaz.media