Nadir xəstəliklərin müalicəsi üçün siyahıya daha iki dərman əlavə edilib
20/02/2025 - 14:16

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
APA xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Qərara əsasən, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na aşağıdakı 2 yeni dərman vasitəsi əlavə edilib:
121. | Fibroqammin / Fibrogammin | Human coagulation factor XIII | CSL Behring |
122. | Filzuvez / Filsuvez | Birch triterpenes | Chiesi Farmaceutici |