Nazir: Bu il 13545 yanğın hadisəsi baş verib Hadisə

16/12/2024 - 16:13

2024-cü ildə respublika üzrə il ərzində 13545 yanğın baş verib. "Report" xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, Bakı şəhərində 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb: "Bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Psixoloqdan 10 qızıl qayda
15/12/2024 - 13:59
Qaxda avtomobil yandı
15/12/2024 - 11:36
Bakıda evdə yanğın olub
15/12/2024 - 11:32
Sabahın hava proqnozu
14/12/2024 - 13:28