Nazir yeni idarə rəisi təyin etdi
06/12/2024 - 22:47
Pərvin Vaqif oğlu Kazımov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi təyin edilib. Kult.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmr imzalayıb. Qeyd edək ki, P.Kazımov bu təyinatadək nazirliyin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.