Özbəkistandan Avropaya Orta dəhliz ilə ilk yük qatarı yola düşdü

21/12/2022 - 21:00

Özbəkistan ilk dəfə Rusiyadan yan keçərək yeni marşrut üzrə mis yüklü qatar göndərib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Özbəkistanın dövlət dəmir yolu şirkətinə istinadən məlumat yayıb.
Şirkət bildirib ki, qatar Almalık mədən-metallurgiya zavodundan Bolqarıstana 46 vaqon və 91 mis konsentratı olan konteyner daşıyacaq. Özbəkistandan yüklər Bolqarıstana Orta Dəhliz üzrə Türkmənistan, Azərbaycan, Gürcüstan, həmçinin Xəzər və Qara dənizlərdən keçəcək.
Brüssel Orta Dəhlizə Avropa və Asiyanı birləşdirən alternativ marşrut kimi baxır və bu marşrut vasitəsilə malların Rusiyadan yan keçərək daşınması mümkündür. Keçən ay Avropa Yenidənqurma və İnkişaf Bankı Rusiyadan yan keçməklə Avropa və Asiya arasında yükdaşıma marşrutlarının inkişafına milyardlarla avro sərmayə qoymağa hazır olduğunu bildirmişdi.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46