"Politico": ABŞ Ukrayna münaqişəsindən pul qazanır
25/11/2022 - 15:14
Avropa ABŞ-ı Ukrayna sayəsində fövqəlqazanc əldə etməkdə ittiham edib. Qafqaz.media xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən yazır.
Nəşrin yazdığına görə, Avropanın yüksək səviyyəli rəsmiləri münaqişədən qazanc əldə edən Vaşinqtonun hərəkətlərindən hiddətlənir, Avropa isə zərər çəkir.
"Müharibədən ən çox faydalanan ölkə ABŞ-dır, çünki onlar daha çox qaz satırlar və həmin qazı daha baha qiymətə satırlar, həm də daha çox silah satırlar", deyə "Politico" yüksək rütbəli məmurdan sitat gətirib.
Qafqaz.media