Polşalı səyyah: Qarabağ turistlər üçün böyük avantajdır

27/07/2024 - 11:31

“Mən çox şadam ki, burdayam, siz bu gözəl mənzərəni görürsünüz. Mən şanslıyam ki, bu mənzərələri, görüntünü görə bilmə fürsəti əldə edən ilk xarici turistlərdən biriyəm. Mən ümid edirəm ki, dünya da bu gözəllikləri görmək imkanı əldə edə, bura səfər edə biləcəklər”.

Bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü, polşalı səyyah Bortosz Kozik APA-ya açıqlamasında deyib.

    O artıq ikinci dəfədir ki, Azərbaycanda olduğunu deyib.

    “Mən həqiqətən də öz yaxınlarıma bu ölkəyə səfər etməyi tövsiyə edirəm. Mən buradan əvvəl Naxçıvana da səfər etdim İlk səfərim zamanı əslində Bakı, Qobustan, palçıq vulkanları və s. kifayətlənmişdim, ancaq indi daha çox yerləri görmək şansı əldə etdim. Və vurğulamalıyam ki, burada görməli çox yerlər var, bu torpaqlar, mənzərə gözəldir, təbiəti fantastikdir. Dünən gəzərkən dağlarda çobanları gördük, ətrafda quşlar uçurdu. Avropada da oxşar yerlər var, ancaq oralar turistlərlə doludur. Ola bilər ki, bu ərazilərin, dağların, boş olması Azərbaycan üçün bir avantaj deyil, amma biz turistlər üçün böyük avantajdır, çünki biz burada təbiətlə, bu gözəl mənzərələrlə yalnız qalmaq, onu izləmək fürsəti əldə etmişik”.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Cücə şorbası - Hekayə
    19/11/2024 - 22:18
    Nöqtələr...- İradə Əlili
    13/11/2024 - 08:04
    Mif prosesdir - Azər TURAN
    23/10/2024 - 15:28