PUTİN QARADƏRİLİLƏRƏ SON ÜMİD YERİ KİMİ BAXIR… - Moskva 1980-ci illərdə İraqda olduğu yerə də qayıtmağa çalışır…

07/02/2023 - 13:24

Rusiyanın XIN rəhbəri Serqey Lavrov keçən ay Cənubi Afrikaya mühüm səfərinin ardınca, indi də İraqa gedib. Ötən yazılarımızın birində də qeyd etdiyimiz kimi, Rusiya hazırda Fransanın təsir arealından çıxan Afrika ölkələrində təsirini gücləndirməyə çalışır. Lavrov da məhz bu çərçivədə İraqa səfər edib və nədənsə rus mediasında bu səfər çox da işıqlandırılmır.

Öncə onu qeyd edək ki, bu səfərlər Vatikanın projesi olan Rusiyanın ABŞ-la üz-üzə dayana biləcəyinə inandığı üçün, yeni dünya nizamı yaratmaq cəhdinin bir hissəsi ola bilər. Bəllidir kii, ABŞ 2003-cü ildən sonra İraqı işğal edib və hazırda Vaşinqton "İŞİD-ə qarşı İraqla əməkdaşlıq etməyə" davam edir.

Rusiyanın yüksək rütbəli diplomatını İraqa göndərmək qərarı Yaxın Şərqdə simvolik və vacibdir. Lakin 1980-1990-cı illərdə Rusiya İraqın və Səddam Hüseyn rejiminin əsas tərəfdaşı olduğunu da unutmamalıyıq.

“İraqa işgüzar səfərə gələn Rusiyanın XİN rəhbəri Sergey Lavrov prezident Əbdül Lətif Rəşid, baş nazir Məhəmməd Şaya əl-Sudani, Nümayəndələr Palatasının (parlament) sədri Məhəmməd əl-Halbusi və iraqlı həmkarı Fuad Hüseynlə görüşəcək", - deyə bazar günü Rusiya Xarici İşlər Nazirliyi bildirib. Rusiyanın dövlət mediası olan TASS XİN-ə istinadla xəbər verir ki, Lavrovun prezident Əbdül Lətif Rəşid, baş nazir Məhəmməd Şia əl-Sudani, Nümayəndələr Palatasının (parlament) sədri Məhəmməd əl-Həlbusi və iraqlı həmkarı Fuad Hüseynlə görüşəcəyi gözlənilir. Rusiya Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, qarşıdakı görüşlərdə Rusiya-İraq əlaqələrinin mütərəqqi inkişafının əsas istiqamətləri, o cümlədən siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi, hərbi-texniki və mədəni əlaqələr və humanitar əməkdaşlığın canlandırılması gözlənilir.

Bəs İraq və Rusiya bir-birindən nə istəyir? İraqlılar ruslarla nə haqda danışır?

Rusiya mətbuatı xəbər verir ki, səbəb əsasən biznes və enerji ilə bağlıdır. Tərəflər Rusiyanın “Lukoyl” və “Qazprom” şirkətləri və “böyük layihələr” haqqında danışacaqlar. Moskvanın sözlərinə görə, İraqla ticarətin miqyası böyüyür.

“Həmçinin, 2022-ci ilin avqustunda Moskvada doqquzuncu iclasını keçirmiş Rusiya-İraq ticarət, iqtisadi və elmi əməkdaşlıq üzrə komissiyanın müvafiq qərarlarının həyata keçirilməsi yolu ilə ikitərəfli ticarətdə müsbət dinamikanın qorunması yollarının müzakirəsi də planlaşdırılır”, - deyə TASS bildirir.

Rusiya “ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək üçün” yeni baş nazir Məhəmməd əl-Sudanini dəstəkləyəcək. Bununla belə, gündəmdə iqtisadiyyat və ticarətdən daha çox şey var. O da bildirilir ki, Rusiya ilə İraq BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Suriyada hərtərəfli siyasi nizamlanmanın təşviqi, ölkənin münaqişədən sonrakı dirçəlişinin təşviqi və Dəməşqə beynəlxalq humanitar yardımın genişləndirilməsi məsələlərinə diqqət yetirməklə, Suriyanı müzakirə masasına yatıracaqlar və bununla bağlı fikir mübadiləsi aparacaqlar.

"Fars Körfəzi bölgəsindəki vəziyyəti, o cümlədən Rusiyanın Körfəzdə kollektiv təhlükəsizlik konsepsiyası fonunda ətraflı müzakirə etmək planlaşdırılır", - deyə Rusiya XİN  qeyd edib.

Bir az Ukrayna haqqında...

“Qərb ölkələrinin misli görünməmiş təzyiqləri fonunda İraq tərəfi Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı balanslı mövqe tutur”, - deyə Rusiya XİN bildirib.

Aydındır ki, Rusiya İraqın təkcə onun tərəfində olmasını və enerji ticarəti mənbəyi olmasını deyil, həm də ABŞ-ın uzun illər ərzində dərin sərmayə qoyduğu bir ölkəyə girə biləcəyini və İraqın Ukraynaya qarşı müharibədə əsas etibarilə Rusiyanın tərəfini tutduğunu göstərmək istəyir.

ABŞ-ın İraqda dostları (İraq Kürdüstanı) olsa da, İranın İraqda dərin təsir imkanları da var.

İran Rusiyanı dronlarla təmin edir. İranyönlü silahlı dəstələrin İraqdakı ABŞ qüvvələrinə qarşı çoxlu hücumları olub, baxmayaraq ki, son bir ildə onların sayı azalıb. ABŞ İraqın şimalındakı Kürdüstan Muxtariyyəti bölgəsində böyük konsulluq tikir.

Eyni zamanda, Rusiya da Kürdüstan bölgəsi ilə enerji əlaqələri qurmaq istəyir, həm də Türkiyə ilə sıx əlaqələrə malikdir. Paralel olaraq İran və Suriya rejimi ilə işləmək istəyir. Əgər Rusiya İraq və Suriyada ABŞ-ı hansısa yolla sarsıda bilsə, bu strateji dəhlizdə böyük qələbə qazana bilər.

Rusiya hələlik İraqda bu qələbəni əldə etməsə də, yavaş-yavaş hədəflərinə doğru irəliləyir. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra otuz ildir ki, bu məqsəd üzərində işləyir. Bu baxımdan, Lavrovun səfəri də boş-boşuna deyil. Moskva bu tarixi bilir və 1980-ci illərdə İraqda olduğu yerə qayıtmağa ümid edir.

Rusiya dövlət mediasının Suriyanı xatırlatması da təsadüfi deyil. Bu yaxınlarda TASS-da İsrailin Suriya ilə bağlı fikirlərini işıqlandıran bir məqalə də var idi. Bildirilirdi ki, Baş nazir Benyamin Netanyahu Fransanın "LCI" telekanalına müsahibəsində deyib: “İsrail Rusiya ilə qarşıdurmanı və Suriyanın hava məkanında hər iki ölkənin hərbi təyyarələri arasında insidentlərin olmasını istəmir”.

Rusiyanın dövlət mediası daha sonra qeyd edib ki, İsrail üçün kompromis qənaətbəxşdir və Moskvanın maraqlarına toxunmur.

Moskvanın məqsədi odur ki, Suriya və İraqda istədiyini əldə etdiyini göstərsin. Suriya Rusiyanın tarixi "müştəri" dövlətidir və 2015-ci ildə Moskva Əsəd rejimini dəstəkləmək üçün Suriyaya müdaxilə etdi. O vaxtdan bəri Kreml Suriyada İsraillə konflikti aradan qaldırıb və həmçinin İran və Türkiyə ilə danışıqlar aparıb. Rusiyanın məqsədi Türkiyəni Suriya rejimi ilə normal münasibətlərə qaytarmaqdır ki, son günlərdə bu istiqamətdə rəsmi Ankara ilə Əsəd hakimiyyəti arasında aktivləşmələr görülməkdədir. Üç fevral tarixində Londondakı "Asharq Al-awsat" nəşri Rusiyanın dəstəyi ilə Ankara ilə Şam arasında baş tutan danışıqlar nəticəsində türk hərbçilərinin Suriyadakı M4 magistralından geri çəkildiyini və beton baryerlərin daha uzaq məsafədə olan keçid məntəqələrinə aparıldığını yazdı.

Ondan bir gün əvvəl - iki fevral tarixində isə İran hərbi hissələrinin İraqla sərhəddə doğru hərəkətlənməsi barədə “Teleqram” kanallarındada xəbər verilirdi.

Beləliklə, Moskvanın məqsədi Ankara ilə Şamın münasibətlərini düzəldəndən sonra ABŞ-ı Suriyadan çıxarmaqdır. Və sonra onun hədəfi ABŞ-ı İraqdan çıxarmaq üçün İranla işləməkdir. Lavrovun İraqa səfəri də bu kontekstdə başa düşülməlidir.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12