Putin Əsədlə bağlı qərar verdi: Kreml rəsmən açıqladı

09/12/2024 - 14:05

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq vermək qərarına gəlib. Publika.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. “Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Bu, onun qərarıdır", - Peskov deyib. Dekabrın 8-də Əsəd Suriyanı tərk edərək prezident postundan istefa verib. Sonradan məlum oldu ki, Moskva ona sığınacaq verib. Hazırda istefa verən Suriya lideri ailəsi ilə birlikdə Moskvadadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Tramp ilin adamı elan olundu
12/12/2024 - 17:07