Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşmasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 1

29/08/2024 - 10:57

Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir. Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10:17

Qubada baş verən yol qəzasında xəsarət alanların sayı 12-yə çatıb. APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

***

08.52

 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10