“Qəzzadakı iztirablara səssiz qalmayacağam” - Kamala Harrisdən Netanyahuya sərt xəbərdarlıq

26/07/2024 - 13:52

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Kamala Harris Qəzza zolağındakı iztirablara “səssiz qalmayacağına” söz verib. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Harris İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə ona "ciddi narahatlığını" ifadə edib və atəşkəs razılaşmasının əldə olunmasının vaxtının çatdığını deyib.

Harris Vaşinqtonda Netanyahuilə görüşdən sonra jurnalistlərə açıqlamasında İsrailin özünü müdafiə etmək hüququnu tanıdıqlarını söyləyib, lakinQəzzadakı vəziyyətin faciəli olduğunu da əlavə edib: “İsrailin özünü müdafiə etmək hüququ var. Lakin onun bunu necə etdiyi önəmlidir. Mən ölmüş uşaqların və təhlükəsizlik üçün bəzən ikinci, üçüncü və ya dördüncü dəfə köçməyə məcbur edilən, qaçan çarəsiz, ac insanların şəkillərini görürəm. Bu faciələrdən diqqətimizi yayındıra bilmərik. Biz bu iztirablara susmağımıza icazə verə bilmərik və mən də susmayacağam. İsrailin təhlükəsiz olması, bütün girovların azad edilməsi, fələstinlilərin Qəzzada iztirablarının sona çatması və Fələstin xalqının azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə hüququnu həyata keçirə bilməsi üçün bu müharibəni bitirməyin vaxtıdır”.

Qəzzada yaşanan humanitar böhranla bağlı sərt və ciddi bir tonda danışan Harris, Qəzzadakı humanitar böhrana səssiz qalmayacağını vurğulayıb.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15