Rusiya hakimiyyəti yeni səfərbərlik dalğasına başlayır – VİDEO

05/01/2023 - 11:54

Məlum olduğu kimi, 21 sentyabr 2022-ci ildə prezident Vladimir Putin Rusiyada “qismən səfərbərlik” elan etmişdi. İddialara görə, proses oktyabrın sonunda tamamlanmışdı.

Rəsmi məlumata əsasaən, Ukrayna ilə müharibəyə 300 mindən çox rus çağırılıb. Ancaq səfərbərliyi bitirmək üçün heç bir fərman yox idi və indi Rusiya Federasiyası yeni dalğaya hazırlaşır.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib. Onun sözlərinə görə, yeni səfərbərlik dalğası yanvarın 5-dən başlayacaq.

Qafqaz.media