Rusiya Ukraynada genişmiqyaslı hücuma hazırlaşır - ISW

15/12/2022 - 15:35

“Rusiya qoşunları Donetsk vilayətinin qərbində hücuma hazırlaşır”.

Qafqaz.media xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri bildirirlər.

ISW qeyd edir ki, Rusiya Federasiyasının bu bölgədəki qüvvələri Rusiya Xerson vilayətini tərk etdikdən sonra buraxılan bölmələr, eləcə də səfərbər edilmiş ehtiyatda olanlar tərəfindən əhəmiyyətli dərəcədə gücləndirilib.Donetsk və Luhansk harada yerləşir və statusları nədir? - BBC News Azərbaycanca

Amerikalı ekspertlərin fikrincə, noyabrda Rusiya Vogledar və Pavlovka bölgələrində kiçik uğurlar qazandı, lakin hücumu inkişaf etdirə bilmədi. Yəqin ki, indi bunu etməyə çalışacaq və Baxmut bölgəsində hücumu da gücləndirəcək.

Qafqaz.media