"Rusiya yüz min əsgərini itirəcək" - ZELENSKİ

30/11/2022 - 09:31

Rusiya Ukraynadakı müharibədə hər gün yüzlərlə əsgərini itirir. Onları sayı ilin sonuna qədər 100 min nəfərə çatacaq.

Qafqaz.media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, hazırda cəbhədə vəziyyət ağır olaraq qalır.

“İşğalçılar Donetsk vilayətində irəliləməyə, Luqanskda möhkəmlənməyə, Xarkov vilayətində hərəkətə keçməyə və cənubda müəyyən əməliyyatlar yerinə yetirməyə çalışırlar. Ancaq Ukrayna Silahlı Qüvvələri müdafiəni saxlayır və düşmənə öz niyyətlərini həyata keçirməyə imkan vermir”, - Zelenski vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02